Azərbaycan Olimpiadaya daha bir lisenziya qazandı

azerbaycan-olimpiadaya-daha-bir-lisenziya-qazandi
Oxunma sayı: 881

Azərbaycan tarixdə ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, milli komandamızın lideri Rostislav Pevtsov lisenziya uğrunda gərgin mübarizədə Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb.

Olimpiya reytinqində 46-cı olan Rostislav olimpiadaya lisenziyanı təmin edib. 

Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.