Azərbaycan OPEK-in görüşünə hələ dəvət almayıb

azerbaycan-opek-in-gorusune-hele-devet-almayib
Oxunma sayı: 713

Azərbaycan apreldə Qətərdə keçiriləcək OPEK-in üzv ölkələrinin və digər neft istehsalçılarının görüşünə hələ dəvət almayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Energetika Nazirliyindən deyiblər.

Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü aprelin 17-də Dohada keçiriləcək.