Azərbaycan OPEK ölkələrinin görüşünə dəvət almayıb

azerbaycan-opek-olkelerinin-gorusune-devet-almayib
Oxunma sayı: 1493

Azərbaycan OPEK-in üzv ölkələrinin və kartelə daxil olmayan neft istehsalçılarının mümkün görüşünə hələ dəvət almayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbayca Energetika Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, əgər belə dəvət daxil olsa, Azərbaycan ona baxmağa hazırdır.

Xatırladaq ki, Venesuelanın neft naziri Euloxio del Pino daha əvvəl bildirmişdi ki, OPEK-in üzv ölkələri və kartelə daxil olmayan istehsalçı ölkələrin görüşü martın ortalarında keçirilə bilər.