“Azərbaycan ordusu ilə tək yumruq olmağa davam edəcəyik!”

azerbaycan-ordusu-ile-tek-yumruq-olmaga-davam-edeceyik
Oxunma sayı: 2325

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin tviter hesabında edilən paylaşımda deyilir:

“Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü mübarəkdir. Azərbaycanlı türk qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən güclü Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik!”