Azərbaycan Ordusunda daha bir itki

azerbaycan-ordusunda-daha-bir-itki-
Oxunma sayı: 4470


"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, Silahlı Qüvvələrin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsinin komandiri, polkovnik-leytenant İxtiyar Məmmədov dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, İxtiyar Məmmədov məzuniyyətdə olarkən, Ağdaş rayonunda yaşadığı evdə dünyasını dəyişib.