“Qafqazinfo” xəbər verir ki, "Report"un redaksiyasına oxucular tərəfindən göndərilən videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür. Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.
Müdafiə Nazirliyindən bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.
Son xəbərlər
Son Xəbərlər