Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşdü

azerbaycan-ordusunun-esgeri-kelbecerde-itkin-dusdu
Oxunma sayı: 6437

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə  “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.