Azərbaycan Ordusunun irimiqyaslı təlimindən - - Fotolar

azerbaycan-ordusunun-irimiqyasli-teliminden-
Oxunma sayı: 3127


Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.

Təlimlər sentyabrın 20-dək davam edəcək.