“Polonez” yaylım atəşli reaktiv sistemlər Azərbaycan ordusunun silahlanmasına daxil edilib.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 301 mm-lik “Polonez”lər Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilib.
Qeyd edək ki, prezident Lukaşenkonun tapşırığı ilə yaradılan “Polonez” Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketlərinə alternativ hesab edilir.
Son xəbərlər
Son Xəbərlər