Azərbaycan Özbəkistanla müştərək film çəkəcək

azerbaycan-ozbekistanla-musterek-film-cekecek
Oxunma sayı: 1095

Azərbaycanla Özbəkistan müştərək film çəkəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daşkənddə səfərdə olan mədəniyyət naziri Anar Kərimov tvitter səhifəsində bildirib.

“Özbəkistanın Baş Nazirinin müavini Əziz Əbduhakimov ilə görüşdüm və iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlaşması kimi məsələlər üzrə razılaşdıq”, - deyə nazir yazıb. 

Məlumata görə, Özbəkistanda Azərbaycan aktyorlarının iştirakı ilə Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231), həmçinin “Özbəkfilm”lə birgə Türk dünyasının məşhur əfsanəvi siması Molla Nəsrəddin haqqında film çəkiləcək.