Azərbaycan özəl səhiyyə sektorunda bir ilk - Foto + Video

azerbaycan-ozel-sehiyye-sektorunda-bir-ilk
Oxunma sayı: 6928

Gəncə Beynəlxalq Xəstəxanası ilə Amerikan Hospitalı və Koç Universiteti Hastanesi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, Amerikan Hastanesinin medikal direktoru Prof. Dr. Sergin Akpekin rəhbərliyilə Gəncəyə gələn heyət Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru, tibb üzrə fəlsəfə doktoru İlyas Həsənovla görüş keçirib. Görüş əsnasında qarşılıqlı əməkdaşlıq, tele-təbabət (online konsultasiyalar), kadrlar üzrə təcrübə mübadiləsi, Türkiyədən konsultant həkimlərin dəvət edilməsi, xaricdə ixtisasartırma və s. məsələlər üzrə razılıq əldə edilib. Həmçinin, Gəncə Beynəxalq Xəstəxanasının Amerikan Hospital və Koç Universitesi Hastanesi tərəfindən Azərbaycanda yeganə referans xəstəxana olaraq qəbul edilməsilə bağlı qərar imzalanıb.

Görüş keçirildikdən sonra qonaqlar xəstəxana şəraiti və imkanları ilə tanış olaraq öz müsbət rəylərini bildiriblər.

Xatırladaq ki, Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə olunmuş və xüsusi qızıl fərqləndirmə nişanı təltif edilmiş ilk xəstəxanadır.