Paraüzgüçü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, SB13 kateqoriyasında 100 m məsafəyə brass (qurbağa) üzmə üsulunda ümumi sıralamada üçüncü pillədə (1:05.82) qərarlaşaraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.