“Sanki bütün dünya buradadır, 192 ölkənin pavilyonu təmsil olunur. Azərbaycan pavilyonu ən autentik, ən gözəl, ən maraqlı pavilyonlardan biridir. Bu pavilyon artıq bir maraqlı platformaya çevrilib. Burada onlarla konsert, kulinariya günləri və digər tədbirlər təşkil olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dubayda keçirilən “Expo 2020” sərgisində iştirak edən politoloq Ceyhun Osmanlı REAL TV-yə sərgi ilə bağlı fikirlərini bölüşərkən deyib.
İndiyə kimi çoxlu sərgilərdə olduğunu deyən Xalq yazıçısı Çingiz Abdullayev buradakı Azərbaycan salonunun çox möhtəşəm təşkil olunduğunu dilə gətirib:
“Burada necə interaktiv oyunlar var, insanlar gəlirlər. Mən fikirləşirəm ki, nə yaxşı biz 44 günlük müharibədə torpaqlarımızı qaytara bildik və indi Şuşa şəhəri ilə bağlı lövhənin qarşısında durub bu sözləri deyə bilirəm...”
Həmin videogörüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər