Azərbaycan Pedaqoji Universitetində yeni- - Təyinat

azerbaycan-pedaqoji-universitetinde-yeni-
Oxunma sayı: 7611


“Qafqazinfo”nun modern.az-a istinadən məlumatına görə, professor Fikrət Rzayev bu gün ADPU-nun təlim-tərbiyə məsələləri üzrə prorektoru təyin edilib.

Fikrət Rzayev 1953-cü il martın 16-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Gəncə şəhərinin 4 saylı orta məktəbini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun aspirantı olub.

1979-cu ildən sonra uzun müddət BDU-nun rus ədəbiyyatı tarixi kafedrasının assistenti, baş müəllimi, dosenti işləyib. 

Filologiya elmləri doktoru, professor Fikrət Rzayev son təyinatadək Lomonosov adına Moskva universitetinin Bakı Filialında Filologiya fakültəsinin dekanı olub.