Azərbaycan Peytnbol Federasiyası APF-ə tam hüquqlu üzv seçildi

azerbaycan-peytnbol-federasiyasi-apf-e-tam-huquqlu-uzv-secildi-
Oxunma sayı: 1036


Federasiyadan "Qafqazinfo"ya daxil olan məlumata görə, Avropa Peyntbol Federasiyasına üzv olmaqla Azərbaycan Peyntbolçuları peyntbol idman növündə ölkəmizi beynəlxalq çempionatlarda təmsil etmək hüququ qazanıb. Avropa Peyntbol Federasiyası (APF)  peyntbol idman növünü təmsil edən, özündə Avropanın bütün milli peytnbol federasiyalarını birləşdirən beynəlxalq təşkilatdır.

Avropa Peyntbol Federasiyasının əsas məqsədi aşağıdakılardır: 

Avropada peyntbol idman növünün inkişafını təşviq etmək. Bu məqsədlə rəsmi  təşkilatlarla və individual şəxslərlə əlaqələr yaratmaq,onlarla texniki, inzibati və maddi səviyyələrdə əməkdaşlığa nail olmaq.

Bütün tərəflərin maraqlarına cavab verəcək şəkildə  milli fededarasiyalar  və onların üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasını, birlikdə layihələr həyata keçirilməsinı təşviq etmək.  

APF tərəfindən qəbul edilən beynəlxalq Peyntbol nizamnamə qaydalarının yaradılması və təşviq edilməsi.

Peyntbol  üzrə Avropa milli Peyntpol federasiyaları və onlara bağlı birliklər arasında  APF-nın qaydalarına, tələblərinə uyğun olaraq Avropa Cempionatı, Millenium seriyası və digər beynəlxalq yarışları keçirilməsi və APF-nin qaydalaraına əməl olunmasına nəzarət edilməsi.

Beynəlxalq dərəcəli hakimlərin, digər texniki və inzibatı şəxslərin,personalın seçilməsi, təlimi və peşkarlıq səviyyələrini artırmaq üçün trenninqlərin keçirilməsi eyni zamanda onların fəalliyətinə nəzarət edilməsi

Peyntbolun Milli Olimpiya Komitələri, Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq  təşkilatlar səviyyəsində təmsili və maraqlarının müdafiə edilməsi,

Peyntbol yarışmalarlaı zamanı milli komandalar arasında yaranan mübahisələr və fikir müxtəlifliyinin aradan qaldırılması, bu sahədə yekun qərarın verilməsi.

Siyasi, dini və irqi diskriminasiya ilə bağlı mübahisələrin və dialoqların qadağan edilməsi.

Milli Peyntbol Federasiyalarının Milli Olimpiya Komitələri tərəfindən tanınmasına nail olmaq və APF-nın Beynəlxalq Olimpiya Komitəsi tərəfində tanınmasına nail olmaq

APF-nin fəaliyyəti haqqında beynəlxlaq birliyin məlumatlandırılması və sairə.