Azərbaycan pilotları ermənilərlə mübarizə aparacaq

azerbaycan-pilotlari-ermenilerle-mubarize-aparacaq
Oxunma sayı: 836


Federasiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan pilotları avqustun 30-31-də Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçiriləcək 3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında iştirak edəcək. Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə milli komandamız bu yarışda rəqib heyətlərlə mübarizə aparacaq.

3-cü Beynəlxalq Ardeşen Offroad Yarışlarında Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan pilotları mübarizə aparacaqlar.

Xatırladaq ki, 2012-ci ildə keçirimiş 2-ci Beynəlxalq Ardeşen Offroad Yarışlarında Azərbaycan ekipajı gümüş medal qazanıb.