Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

azerbaycan-premyer-liqasinda-5-evezetmeye-icaze-verildi
Oxunma sayı: 926

Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.