Azərbaycan Premyer Liqasında ilk gerçəkləşdi

azerbaycan-premyer-liqasinda-ilk-gerceklesdi
Oxunma sayı: 638

Azerisport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunun AZAL-la oyununun 68-ci dəqiqəsində meydana daxil olan afrikalı ölkəmizdə çıxış edən ilk Mali təmsilçisi olub.

Məsələ ondadı ki, 1992-ci ildən keçirilən və ilk legionerin 1994/95 mövsümündə ayaq basdığı çempionatımızda heç vaxt Mali vətəndaşı oynamamışdı. Bununla da Premyer Liqanın coğrafiyasına yeni bir ölkə əlavə olundu. Mali Azərbaycan çempionatlarında legioner futbolçu ilə təmsil olunan 66-cı ölkə kimi tarixə düşdü. Bu ölkə Afrika qitəsinin 18-ci məkanıdı ki, Premyer Liqaya oyunçu ezam edir. Malilinin debütünə kimi dünyanın 65, Afrikanın 17 ölkəsindən olan legionerlər klublarımızın heyətində Premyer Liqada meydana çıxıb.

Bir zəruri məqamı da vurğulamaq lazımdır ki, legionerlərin bir qismi bir neçə ölkənin vətəndaşlığını daşıyıb.

Premyer Liqamızın coğrafiyası

Avropanın 33 ölkəsi: Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan

Afrikanın 18 ölkəsi: Burkina Faso, Əlcəzair, Kabo Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis

Cənubi Amerikanın 6 ölkəsi: Argentina, Boliviya, Braziliya, Kolumbiya, Paraqvay, Uruqvay

Asiyanın 4 ölkəsi: Cənubi Koreya, İran, Özbəkistan, Türkmənistan

Şimali və Mərkəzi Amerikanın 4 ölkəsi: Honduras, Kosta-Rika, Meksika, Yamayka

Avstraliya və Okeaniyanın 1 ölkəsi: Avstraliya