Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

azerbaycan-premyer-liqasinda-movsume-yekun-vurulur
Oxunma sayı: 1136

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə baş tutacaq.

Əvvəlcə “Zirə” “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edəcək.

“Sumqayıt” “Səbail”lə üz-üzə gələcək. Mövsümə turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Bakı. “Azersun Arena”, 19:30.