Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulur

azerbaycan-premyer-liqasinda-xxxiv-tura-yekun-vurulur
Oxunma sayı: 2173

Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, 3-cü gündə 2 matç keçiriləcək.

Əvvəlcə mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən “Qəbələ” 4-cü yerdəki “Sabah”ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

5-ci yerdəki “Sumqayıt” isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən, hazırda 6-cı pillədə qərarlaşan “Səbail”lə üz-üzə gələcək. Bu matç 19:30-da start götürəcək.

12 may (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

19:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu