Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər

azerbaycan-premyer-liqasinin-son-iki-turunda-ecnebi-hakimler
Oxunma sayı: 2347

Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər iş başında olacaq.

“Qafqazinfo” Futbolxeber.az-a istinadən xəbər verir ki, xarici referilər yaşıl meydanda deyil, VAR-da yer alacaqlar. 

Lakin bu qərar bütün matçlara şamil edilməyəcək. Böyük ehtimalla, eyni vaxtlarda başlayacaq görüşlərdə, yəni avrokuboklar uğrunda mübarizə aparan kollektivlərin qarşılaşmalarında VAR-da əcnəbi hakimlərin xidmətindən istifadə ediləcək. Görünür, son zamanlar hakimlərlə bağlı tənqidlərin artması AFFA-nı əcnəbi hakimlərin xidmətindən yararlanmağa məcbur edib.

Xatırladaq ki, 35-ci turda “Sabah” - “Sumqayıt”, “Səbail” - “Neftçi”, “Kəpəz” - “Zirə” matçları eyni vaxtda başlayacaq.