Azərbaycan qadınlarını təhqir edən “Lenta.ru” üzr istədi - Foto

Azərbaycan qadınlarını təhqir edən “Lenta.ru” üzr istədi
Oxunma sayı: 1595

Rusiyanın “Lenta.ru” saytında dünyanın müxtəlif ölkələrində qadınların necə əyləndiyinə dair rubrika var.

“Qafqazinfo” xəbər verir ki, rubrikanın ötən sayında azərbaycanlı qadınlardan bəhs olunub. Lakin “Они заводят любовников в тайне и хвастаются подругам” (Onlar ərlərindən gizli məşuq saxlayırlar və rəfiqələrinin yanında lovğalanırlar) başlıqlı məqalə ölkəmizdə etirazla qarşılanıb. 

Sayt etirazlardan sonra sözügedən məqaləni silərək Azərbaycan vətəndaşlarından və Rusiyadakı Azərbaycan diasporasının nümayəndələrindən üzr istəyib. Bildirilib ki, məqaləni yazmaqda məqsəd Azərbaycan xalqını təhqir etmək olmayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi