Azərbaycan Qazaxıstana uduzdu - Yenilənib

azerbaycan-qazaxistana-uduzdu
Oxunma sayı: 3135

Antalyada təlim-məşq toplanışında olan millimiz bu gün yoxlama matçına çıxır.

“Qafqazinfo” xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinə hazırlaşan komandamızın 2016-cı ildə ilk sınağı Qazaxıstandır.

Matç “Gloria Sports Arena” stadionunda keçirilir.

***

Oyunun 8-ci dəqiqəsində rəqib komandanın futbolçusu Maksat Bayjanov hesabı açır. Millimiz 0:1 hesabı ilə məğlub durumdadır. 

***

Oyunda ilk hissə başa çatır. Azərbaycan fasiləyə minimal hesablı məğlubiyyətlə yollanır. 

***

İkinci hissə başlayır.

***

Oyun başa çatır. Azərbaycan yoldaşlıq görüşündə Qazaxıstana məğlub olur- 0:1.