Azərbaycan qənaətcil işıqlandırma sistemi qurulur

azerbaycan-qenaetcil-isiqlandirma-sistemi-qurulur
Oxunma sayı: 732

İşıq-diodların ilkin partiyası istehsal edilib və yaxın vaxtlarda satışa çıxarılacaq. İşıq-diod texnologiyalarının tətbiqi ilk növbədə paytaxtın küçə işıqlandırılmasında nəzərdə tutulub.

İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.

Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır.

İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.