Azərbaycan Qətərə qarşı

azerbaycan-qetere-qarsi
Oxunma sayı: 2004

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gələcək.

“Qafqazinfo” xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qətər millisi Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna mübarizə aparır. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

21:00. Qətər - Azərbaycan
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. “Nadyerdeyi” stadionu