Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Yenilənib

azerbaycan-qirgizistan-senedleri-imzalandi
Oxunma sayı: 2165

Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçıları arasında “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” imzalanıb.

Qeyd edək ki, iki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.