Bu barədə “Qafqazinfo”ya cəbhə bölgəsində yaşayan yerli sakinlər məlumat verib. Bildiriblər ki, bu gün səhər saatlarından atəş səsləri, hətta artilleriya silahlarından açılan atəş səsləri eşidilməkdədir. Bundan başqa Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri cəbhə xətti boyunca uçuşlar edirlər.
Qeyd edək ki, ötən gecə erməni hərbi birləşmələri müxtəlif istiqamətlərdən Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.
Son xəbərlər
Son Xəbərlər