“Azərbaycan qonşularımız içərisində çox vacib tərəfdaşdır” - İran Prezidenti

azerbaycan-qonsularimiz-icerisinde-cox-vacib-terefdasdir
Oxunma sayı: 1480

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirib.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti deyib ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.