Azərbaycan Qran-prisinin kubokunda Şuşa elementləri - Fotolar

azerbaycan-qran-prisinin-kubokunda-susa-elementleri
Oxunma sayı: 2685

Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Xəbəri rus dilində oxuyun: Среди молодежи состоялся республиканский чемпионат по стрельбе - Фото

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.