Azərbaycan qrup sonuncusu olmayacaq!

azerbaycan-qrup-sonuncusu-olmayacaq
Oxunma sayı: 663

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycan yığmasının yer aldığı 8-ci qrupda bir oyun baş tutub.
Norveç millisi qrup sonuncusu İslandiyanı qəbul edib. Skandinaviyalılar son dəqiqələrdə vurduğu qolla minimal hesablı qələbə qazanıb – 2:1. Bununla islandların 4-cü pillədə qərarlaşmış Azərbaycanı üstələyə bilməyəcəyi dəqiqləşib. Beləliklə, millimiz qrupda ən az 4-cü yeri təmin edib. Bernard Lippertin yetirmələrinin 3-cü olmaq şansı da var. Bunun üçün 3-cü pillədəki Belçika ilə aradakı 1 xal fərqini əritmək lazımdır. Belçikalılar yığmamızdan 1 oyun az keçirib.

1. İngiltərə 6 15
2. Norveç 6 13
3. Belçika 6 8
4. Azərbaycan 7 7
5. İslandiya 7 3


Ceyhun Əhmədov