Azərbaycan “Rabitə və Kontent. Qafqaz 2017” Beynəlxalq forumunda

azerbaycan-rabite-ve-kontent-qafqaz-2017-beynelxalq-forumunda
Oxunma sayı: 883

19-23 iyun 2017-ci il tarixlərində Gürcüstanın Borjomi şəhərində “Rabitə və Kontent. Qafqaz 2017” Beynəlxalq forumu keçiriləcək. Azərbaycan Kabel Operatorları Assosiasiyasından verilən məlumata əsasən sözügedən forum konvergensiya nəticəsində bir çox ümumi müzakirə mövzuları olan telekommunikasiya və media sahələrinə həsr ediləcək. 

"Qafqazinfo" xəbər verir ki, Azərbaycandan forumda dövlət və aidiyyəti sahə təşkilatlarının, telekanalların, İT-şirkətlərin və mobil rabitə daxil olmaqla telekommunikasiya operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.

Forum zamanı biznes və sahə kovergensiyası, Qafqaz ölkələri, Mərkəzi və Şərqi Avropa və Qazaxıstanda sözügedən sahənin inkişafının hazırkı durumu və perspektivləri müzakirə ediləcək. Tədbir iştirakçıları həmçinin hökumət, sahə assosiasiyaları və bzinesin qarşılıqlı əlaqələrini müzakirə edəcəklər. Ən böyük marağa səbəb olacaq mövzulardan biri də yeni xidmət və texnologiyaların praktiki tətbiqinə həsr ediləcək ki, onların da araşdırılması üçün telekom-sənayesi liderlərinin müvafiq “biznes-keysləri” təqdim olunacaq. Həmçinin forum zamanı operator və mediaqrup/telekanalların münasibətləri də müzakirə olunacaq.

Forum çərçivəsində işgüzar əlaqələrin qurulması və qeyri-formal müzakirərlər üçün də müvafiq imkan yaradılacaq. Forumda iştirak etmək üçün qeydiyyat http://timint.net/georgia2017.html saytında aparılır.