“Azərbaycan regionun lider dövləti kimi özünü təsdiq edib”

azerbaycan-regionun-lider-dovleti-kimi-ozunu-tesdiq-edib
Oxunma sayı: 648

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Yaqub Eyyubov Azərbaycanın MDB dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışıb. Bildirib ki, HFRƏŞ-in Bakı iclası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə sürətli inkişaf yolu keçib. Azərbaycan iqtisadiyyatının uğurlarını qeyd edən Y. Eyyubov dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın dinamik inkişafı istiqamətində gördüyü işlərdən söhbət açıb. Ölkədə tikinti-quruculuq işlərinin sürətlə getdiyini diqqətə çatdıran Y.Eyyubov bildirib ki, Azərbaycan artıq regionun lider dövləti kimi özünü birmənalı şəkildə təsdiq edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin ölkəmiz üçün başlıca problem olduğunu qeyd edən Baş nazirin birinci müavini deyib ki, respublikamızın müdafiə qabiliyyətinin artırılması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Feldyeger xidmətinin əhəmiyyətini vurğulayan Y.Eyyubov Azərbaycan rəhbərliyinin bu qurumun fəaliyyətinə xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdırıb.

Şuranın sədri Gennadi Kornienko rəhbərlik etdiyi qurumun 29-cu iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirib. İclasın məhsuldar keçdiyini, gündəlikdəki məsələlərlə bağlı səmərəli dialoq aparıldığını diqqətə çatdıran sədr tədbirin Qəbələ şəhərində davam etdiriləcəyini bildirmiş, iclasda HFRƏŞ tərəfindən qəbul ediləcək qərarların imzalanmasının nəzərdə tutulduğunu qeyd edib.