Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Səfir bildirib ki, Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə də İran və Azərbaycan arasında güclü əlaqələr mövcud olub:
“Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.
Son xəbərlər
Son Xəbərlər