“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Heydər Əliyevin xatirəsi anılıb, abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Azərbaycanın dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib.
Nazir Eldar Mahmudov qeyd edib ki, bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli qorunduğu dövlət imicinə malikdir. Bunu ölkəmizin dostları da, rəqibləri də etiraf edirlər. Buna görə də Azərbaycan Respublikasına inam var. Burada beynəlxalq səviyyəli tədbirlər, idman və musiqi yarışları keçirilir.
Sonra milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov məzunların valideynləri ilə görüüb.
Son xəbərlər
Son Xəbərlər