“Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək”

azerbaycan-rest-astara-demir-yolunun-cekilisinde-istirak-edecek
Oxunma sayı: 1059

"Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq:

"Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək. Azərbaycan Respublikası və İran Xəzər dənizinin sahilində yerləşir və bu dənizin çirklənməsinin qarşısının alınması və ekosistemin qorunması hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir".