Azərbaycan “Rosneft”in məhsullarını bu ölkələrə satacaq

azerbaycan-rosneftin-mehsullarini-bu-olkelere-satacaq
Oxunma sayı: 1860

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın neft şirkəti “Rosneft”lə Ukrayna, Polşa, Baltikyanı ölkələr və digər Şərqi Avropa dövlətlərinə neft məhsullarını ixrac etmək hüququ ilə bağlı müqavilə imzalayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu SOCAR-ın sözçüsü İbrahim Əhmədov “Sputnik”ə açıqlamasında deyib.

“İxrac ediləcək neft məhsullarının həcmi və şərtləri ilə bağlı müzakirələr davam edir. SOCAR beynəlxalq neft və qaz ticarətindəki rolunu gücləndirmək istəyir”, - İ.Əhmədov əlavə edib.