Azərbaycan-Rusiya dəmiryol reyslərində azalma

azerbaycan-rusiya-demiryol-reyslerinde-azalma
Oxunma sayı: 930


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyib.

O bildirib ki, 2014-cü ildə Rusiya və Azərbaycan arasında dəmiryol sərnişindaşımaları ötən illə müqayisədə 22 faiz aşağı düşüb: 

“Ötən il 201 min sərnişin daşınıb. 2015-ci ildə də analoji tendensiya saxlanılıb. Cari ilin dörd ayı ərzində 2014-cü ilin analoji dövrü ilə müqayisədə Rusiya və Azərbaycan arasında dəmiryol nəqliyyatı ilə 72 faiz az sərnişin daşınıb”.

V.Yakunin qeyd edib ki, MDB ölkələri ilə dəmiryol daşımalarının həcminin 2013-cü illə müqayisədə 46 faiz aşağı düşməsini nəzərə alaraq, 2014-cü il dekabr ayından Moskva-Bakı (95/96 N-li qatar), Tümen-Bakı (373/374 N-li qatar), Rostov-Bakı (391/392 N-li qatar) kimi istiqamətlər də daxil olmaqla, beynəlxalq qatarların hərəkəti məhdudlaşdırılıb: 

“Bununla yanaşı, 2014-cü il dekabrın 14-dən Tümen-Mahaçqala marşrutu üzrə 373/374 N-li qatar hərəkət edir. Rostov və Bakı arasında dəmiryol əlaqəsinin saxlanması üçün bu il iyunun 4-dən 4 gündə 1 dəfə 391/392 N-li qatar hərəkət etməyə başlayıb”.