Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu
Oxunma sayı: 596

Bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Həmin gün Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

Niyyət Protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.

Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən üç ay müddətində “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı (“Yol Xəritəsi”) hazırlayacaq.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi