Azərbaycan Rusiya gəmilərini niyə saxladı?

azerbaycan-rusiya-gemilerini-niye-saxladi
Oxunma sayı: 1685

Bu barədə Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib. Onun sözlərinə görə, hər iki gəmi Azərbaycan tərəfindən müəyyən edilən konkret texniki uyğunsuzluqlara malikdirlər. Bundan başqa, indiyədək liman ödəmələri şəklində kommersiya məsələləri də həll edilməyib. E.Rəhimov deyib ki, yük gəmiləri beynəlmiləl heyətə malikdir və eyni gəmi sahibinə məxsusdur: "Hər iki gəmi texniki uyğunsuzluqların aradan qaldırılmasından və kommersiya öhdəliklərinin yerinə yetirilməsindən sonra Xəzərin Azərbaycan sektorunu tərk edə bilər". Rəis müavininin sözlərinə görə, bundan əvvəl müəyyən olunmuş öhdəlikləri yerinə yetirməyən "Qəhrəman-1" gəmisi Azərbaycanın ərazi sularını tərk edib. O, qeyd edib ki, Azərbaycan tərəfinin irəli sürdüyü öhdəliklərin yerinə yetirilməyəcəyi halda sonrakı reyslər zamanı bu yük gəmisi barəsində konkret ölçülər götürüləcək. Göstərilən gəmilərin hamısı "BTS-Trans" şirkətinə məxsusdur və Rusiya-Azərbaycan marşrutu üzrə sement klinkerinin daşınması ilə məşğuldur.