“Azərbaycan Rusiya ilə münasibətlərin inkişafına köklənib” - Prezident

azerbaycan-rusiya-ile-munasibetlerin-inkisafina-koklenib
Oxunma sayı: 1457

“Azərbaycan bütün istiqamətlərdə Rusiya ilə münasibətlərin inkişafına köklənib. Biz ikitərəfli formatda çox sayda məsələləri həll etmişik və bu gün biz Rusiya ilə münasibətləri strateji tərəfdaşlar münasibəti kimi xarakterizə edirik. Bütün istiqamətlərdə əlaqələrimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşündə bildirib.

“Son bir il ərzində Qarabağda rusiyalı sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər baş verməyib”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib.