Azərbaycan-Rusiya sərhəddindəki “Samur” gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb. Hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir.
“Samur” gömrük-keçid məntəqəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yaranan növbələr mövsümi xarakter daşıyır:
“Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur”.
Bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artıra bilər.
Emin Gülağaoğlu
Son xəbərlər
Son Xəbərlər