Azərbaycan Rusiyadan aldığı qazın dəyərini rublla ödəyir? - Açıqlama

azerbaycan-rusiyadan-aldigi-qazin-deyerini-rublla-odeyir
Oxunma sayı: 4149

Kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidməti açıqlama yayıb.

Bildirilib ki, yayılmış məlumatlar həqiqəti əks etdirmir.