Azərbaycan Rusiyadan yeni təyyarələr alacaq

azerbaycan-rusiyadan-yeni-teyyareler-alacaq
Oxunma sayı: 2166

“Azərbaycan Hava Yolları” aviaşirkəti üçün 10 ədəd MC-21 təyyarəsinin təchizatı üzrə müqavilənin imzalanması 2017-ci ilin birinci rübünə nəzərdə tutulur.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "İlyuşin finans" (İFK) lizinq şirkətinin baş direktoru Aleksandr Rubtsov bildirib.

İyun ayının əvvəlində tərəflər təyyarələrin alınması ilə bağlı niyyət memorandumu imzalayıblar.