“Qafqazinfo”nun məlumatına görə, diplomatı yeni təyinatı münasibətilə təbrik edən Kral Azərbaycan ilə Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını deyib. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.
Səfir Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələr və xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Krala məlumat verib.
Son xəbərlər
Son Xəbərlər