“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - Foto

azerbaycan-senaye-sigorta-asc-de-yeni-teyinat
Oxunma sayı: 3109

“Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib.

"Qafqazinfo" xəbər verir ki, qərara əsasən İlkin Mirzəyev “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İlkin Mirzəyev sığorta sektorunda geniş təcrübəyə malikdir.

Sığorta şirkətlərinin İdarə Heyətində təmsil olunmaqla yanaşı son 5 ildə İcbari Sığorta Bürosu HŞİ maliyyə şöbəsinin rəisi vəzifəsini icra edib.

İxtisasca iqtisadçı olan İ.Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetinin və Türk Sığorta İnstitutu Vakfının (TSEV) məzunudur.