Azərbaycan - Serbiya matçının stadionu açıqlandı

azerbaycan-serbiya-matcinin-stadionu-aciqlandi
Oxunma sayı: 917

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.