Azərbaycan Serbiyaya 308 milyon avro kredit verir

azerbaycan-serbiyaya-308-milyon-avro-kredit-verir
Oxunma sayı: 632

Saziş Serbiyada avtomobil magistralının tikintisinin maliyyələşdirilməsi üçün borc verən qismində çıxış edən Azərbaycan hökuməti ilə borc alan qismində çıxış edən Serbiya hökuməti arasında bağlanıb. 2012-ci il fevralın 1-də imzalanmış sazişə əsasən, Azərbaycan Serbiyada magistral yolun layihələndirilməsində, maliyyələşdirilməsində iştirak edəcək. Baş podratçı da Azərbaycanın şirkəti olacaq.

Saziş 25 il müddətinə nəzərdə tutulub, maliyyə məbləği 308 milyon avrodur. Kredit illik faiz dərəcəsi 4 faiz olmaqla verilir.

“Media forum” saytının məlumatına görə, iclasda Azərbaycanın Avstraliya İttifaqının Kanberra şəhərində səfirliyinin yaradılması haqda qanun layihəsi də qəbul olunub.