Azərbaycan sərhədində deputatlardan 1 milyon müsadirə olunub

azerbaycan-serhedinde-deputatlardan-1-milyon-musadire-olunub
Oxunma sayı: 4679


Bu həftə Azərbaycan-Gürcüstan sərhədində gürcü deputatları saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan mətbuatında çalışan jurnalistlər Meydan TV-yə məlumat veriblər. Xəbərdə bildirilir ki, millət vəkilləri Zurab Djafaridze və  İrma Nadiraşvilinin üzərilərində olan  1 milyon dollar pul vəsaiti Azərbaycan sərhədində müsadirə olunub. Həmkarlarımız pulun deklorasiyada göstərilmədiyini deyiblər.  

Xəbərdə o da qeyd olunur ki, pulları müsadirə olunan millət vəkilləri  hazırda Gürcüstan ərazisindədirlər. Gürcü jurnalistləri deputatlara bu barədə suallar ünvanlasalar da, onlar olayı təkzib ediblər.

Amma qonşu ölkənin mətbuatı deputatlarının qarşılaşdıqlarının gerçək olduğunu israr edirlər.

Deputatların yaşadığı hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsindən Meydan TV-yə bildirdilər ki, maddi vəsaiti Dövlət Gömrük Komitəsi müsadirə edib. Dövlət Gömrük Komitəsindən isə belə bir hadisənin olduğu, lakin bu haqda mətbuata açıqlama verə bilməyəcəklərini bildiriliblər. 

Maraqlıdır ki, deputatların Azərbaycandan Gürcüstana, yaxud əksinə öz ölkələrindən bizim dövlətə həmin vəsaiti keçirmək istədikləri qeyd olunmur.