Azərbaycan sərhədinə doğru gələrək 4 bağlama atıb...

Azərbaycan sərhədinə doğru gələrək 4 bağlama atıb...
Oxunma sayı: 2664

Bu ilin avqust ayında İrandan Azərbaycana gətirilməsi planlaşdırılan 1 kq 265 qram “tiryək”, 156 qram “heroin” və 107 qram “metamfitamin” narkotik vasitə aşkarlanaraq götürülüb.
 
“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan vətəndaşları - 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
 
Sentyabrın 18-də Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlayıb.
 
Astara rayon şöbəsinin əməkdaşları ilə birgə bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan vətəndaşı 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilib və o, şüb­həli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirib. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çə­kisi 2 kq 245 qr olan “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi