Azərbaycan şirkəti olan “AS Georgia” Gürcüstanda 250 ailəyə sosial yardım etdi.
Gürcüstan ərazisində karantin rejiminin elan edilməsilə bir çox ailə maddi baxımdan çətinliklər yaşayır. Bunu nəzərə alaraq “AS Georgia” şirkəti Marneuli və Qardebani rayonlarında 250 ailəyə ərzaq və qida təminatı ilə dəstək olub. “Qafqazinfo” xəbər verir ki, 150 ərzaq qutusu Marneuli və 100 qutu Qardebani rayonlarına göndərilmiş, həmin rayonların icra başçılarının köməkliyi ilə ehtiyacı olan ailələrə paylanılmışdı.
Şirkət həmçinin Tiflis şəhərində də 250 ailəyə sosial yardım göstərməyi planlaşdırır. Şirkətdən verilən məlumata görə onların ehtiyacı olan ailələrə sosial yardım göstərmələri davamlı olacaq.
Xatırladaq ki, “AS Georgia” şirkəti koronovirusla mübarizəyə dəstək fonduna ilk ianə edən şirkətlərdən biri kimi 200.000 lari məbləğində dəstək olmuşdu.




Son xəbərlər
Son Xəbərlər